COP29

"Konkret razılaşmalar olarsa, məlumat veriləcək” - İrəvandan 3+3 açıqlaması

28 İyul 08:10 Problem 777
"Konkret razılaşmalar olarsa, məlumat veriləcək” - İrəvandan 3+3 açıqlaması

İrəvan xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək “3+3” formatında görüşündə iştirakla bağlı hələ qərar verməyib.

Bu qənaətə Ermənistan Xarici İşlər Nazirliyinin yerli mətbuatın yazılı sorğusuna verdiyi cavab əsasında gəlmək olar.

Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.

“Əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...