COP29

Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başladı

16 İyul 02:10 Problem 1 035
Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başladı

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov yeriməyə başlayıb.

bunu "report"a açıqlamasında PFL-in media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, qurum rəhbərinin sağlıq durumunda irəliləyiş olduğunu söyləyib:

"Elxan müəllimin müalicəsi xəstəxana şəraitində davam edir. Fizioterapiyası vaxtında aparılır. Artıq ayağa qalxır və qısa məsafələrə addımlar atır.

Həkimlər hər şeyin qaydasında olduğunu bildirirlər. Ümid edirik ki, qısa müddət sonra artıq tam sağlamlığına qovuşacaq”.

Hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?