COP29

Rövşən Nəcəf də Elxan Məmmədovun yoluyla gedir…

16 İyul 01:50 Problem 3 141
Rövşən Nəcəf də Elxan Məmmədovun yoluyla gedir…

Avropa çempionatı bitdi!

Bizimkilərdən kimisi təyyarə ilə Almaniyadan evə qayıdır, kimisi də elə burada ruhunu göydən aşağı endirir.

Daha bir böyük turnir də beləcə arxada qaldı.

Bir dəfə millət vəkili Aqil Abbas ölməkdən qorxmadığını, amma öləndən sonra keçiriləcək dünya və Avropa çempionatlarını izləyə bilməyəcəyinə görə üzüldüyünü demişdi.

Bəli, biz köçəcəyik, futbol isə bu dünyada qalacaq. Bundan sonra hələ nə qədər belə turnirlər olacaq. Bəziləri bizimlə, qalanları bizsiz...

Türklər kimi desək, artıq kəndimizə qayıtmaq vaxtıdır. Öz futbolumuza dönməliyik, Premyer Liqada yeni mövsümün başlamağına 20 gün vaxt qalır. Ən aktual məsələ hələ də Hakimlər Komitəsinə yeni sədrin təyin olunmamasıdır. AFFA gecikib, özü də çox. Papağımızı çevirib bir də görəcəyik ki, yeni mövsüm başladı. Yeni sədrə isə hələ yarım il lazım olacaq ki, başa düşsün kim kimdir, nə nədir...

Eşitdiyimizə görə, İK-nın son iclasında AFFA prezidenti Rövşən Nəcəf deyib ki, yerli kadrlar arasında Hakimlər Komitəsinə sədr olmağa layiqli birisi yoxdur. Ona görə də, bu posta mütləq əcnəbi gətirilməsini tapşırıb. Biz də sualı başqa cür qoyaq - bura gələn əcnəbi sədrlər arasında yerlilərdən daha layiqli biri olubmu? Bizim bəlamız da budur ki, futbolumuzda rəhbər postda oturanlar həmişə əcnəbi pərəstişikarları olublar. Əvvəl də beləydi, indi də belədir...

Heç bir fərqli yanaşma görmürük. Elə həmin AFFA-dır, Elxan Məmmədovun qoyub getdiyi federasiyadır. Bir qrup adam əlbir olub Məmmədovu taxtdan saldılar, amma ondan sonra heç nəyi dəyişə bilmədilər. Çünki bunlar yenilikçi deyil. Adını tələsməmək qoyub heç bir iş görməməyə, AFFA-nı köhnə üsulla idarə etməkdə maraqlıdılar. Ona görə də, yenilən(mə)miş AFFA-da ya özləri işləyəcək, ya da əcnəbilər. Onlarla bağlılığı olmayan kadrlara AFFA-da yer yoxdur və olmayacaq bu gedişlə (sportal.az)...

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?