COP29

“Bu gün yanımda deyilsə, deməli, o adam mənim dostum olmayıb”

28 İyul 22:55 Problem 2 108
“Bu gün yanımda deyilsə, deməli, o adam mənim dostum olmayıb”

“13-15 il əvvəlki futbolçularla indiki futbolçuların davranışı, mentaliteti, oynadığı futbol tam başqadır.

Eyni şey dostlara da aiddir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Vaqif Cavadov deyib.

Uzun illər həm əsas yığmanın, həm də “Qarabağ”, “Bakı”, “İnter”, “Qəbələ” kimi çoxsaylı klubların formasını geyinmiş forvard maraqlı etiraf edib.

O, “karyeranızı başa vurandan sonra sizə qardaş deyən insanları yanınızda görürsüzmü” sualına cavabında bunları söyləyib:

“Həyatda insanın ən yaxşı halda 2-3 dostu ola bilər, qalanları tanış sayılır. Heç kim deyə bilməz ki, mənim 50 yaxşı dostum var.

Bu, mümkün deyil. Dost sənin valideynlərin, bacın, qardaşın, ailəndir. Həmişə bu prinsiplə yaşamışam.

Ona görə də dünən mənə qardaş deyənlərin bu gün harada olduqlarına çox da fikir vermirəm.

Əsl dostdursa, bu gün də yanımdadır. Deyilsə, deməli, o adam dostum olmayıb”.

Digər Xəbərlər
Xəbər Lenti