COP29

Ağır qəza keçirən PFL prezidenti və vitse-prezidentin sağlıq durumu necədir?

20 İyul 02:00 Problem 1 406
Ağır qəza keçirən PFL prezidenti və vitse-prezidentin sağlıq durumu necədir?

Ötən il ağır qəzaya uğrayan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin son durumu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov məlumat verib.

O bildirib ki, E.Səmədov artıq ayağa qalxıb:

“Hazırda həm Elxan müəllimin, həm də Aslan müəllimin müalicəsi davam edir. Hər ikisində müsbət irəliləyişlər var.

Elxan Səmədovun durumu ilə bağlı tibbi dinamik irəliləyiş hiss olunmaqdadır. Artıq ayağa qalxıb, addımlar atmağa başlayıb.

Allahın köməkliyi ilə ən qısa zamanda bizim aramızda olacaq”.

E.Abbasov Aslan Şahgəldiyevin müəyyən fasilələrlə iş prosesinə cəlb olunduğunu vurğulayıb:

“Aslan müəllimin durumunda da müsbət dinamika sezilir. Onun müalicəsi ev şəraitində davam edir.

Müəyyən fasilələrlə iş prosesinə cəlb olunur, bəzən işə gəlir-gedir. Mühitə yenidən adaptasiya olunur.

İnanırıq ki, tezliklə tam gücü ilə işə bağlayacaq. Bizə göstərdiyiniz mənəvi dəstəyə görə hər birinizə təşəkkürümüzü bildirik”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?