COP29

“Bu, Ermənistanın gələcəyi ilə bağlı narahatlıq doğurur”

31 Avqust 07:20 Problem 1 002
“Bu, Ermənistanın gələcəyi ilə bağlı narahatlıq doğurur”

“Ermənistanın hazırkı xarici siyasəti bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur”.

Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.

Səfir müsahibəsində Ermənistanın cari xarici siyasətini tənqid edib. Onun sözlərinə görə, Qərblə təhlükəsizlik sahəsində əməkdaşlıq yaxşı nəticələnməyəcək:

“Əminik ki, Cənubi Qafqazda istənilən problemi xarici müdaxilə olmadan region dövlətləri özləri həll etməlidirlər. Bu xüsusda, “3+3” konsultativ regional platforma faydalıdır”.

Rusiyalı diplomat əlavə edib ki, hazırda sözügedən platformanın XİN rəhbərləri səviyyəsində növbəti iclasının tarixi razılaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti