COP29

AFFA prezidenti bu postda azərbaycanlı rəhbər görmür - 2-3 namizəd və “tez ol” tapşırığı

13 İyul 10:40 Problem 1 964
AFFA prezidenti bu postda azərbaycanlı rəhbər görmür - 2-3 namizəd və “tez ol” tapşırığı

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Toplantıya sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.

İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda AFFA Hakimlər Komitəsi ilə bağlı məsələlər, hakimlik sahəsindəki çatışmazlıqlar, problemlər müzakirə edilib.

Bu xüsusda Hakimlər Komitəsinin kodeksinin hazırlanması tapşırılıb (intizam qaydaları, cəzaların müəyyənləşdirilməsi və s.).

Eyni zamanda, Hakimlər Komitəsinin sədri ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə məlumat veriləcək.

Bariş Şimşəyin yerinə gələcək şəxs əcnəbi olacaq. R.Nəcəf bununla bağlı öz fikrini səsləndirib. AFFA prezidenti bildirib ki, sədr vəzifəsini daşımağa layiqli yerli mütəxəssis tanımır.

Toplantıda iki-üç namizədin adı hallanıb. Sərxan Hacıyevə onlarla danışıqları tezliklə yekunlaşdırmaq tapşırığı verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti