COP29

“İrəvanla Bakı arasında dialoqa töhfə verməyə hazırıq”

4 İyul 08:00 Problem 2 403
“İrəvanla Bakı arasında dialoqa töhfə verməyə hazırıq”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda rəsmi səfərdədir.

Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.

Bildirilib ki, Mirzoyanla gürcü həmkarı İlya Darçiaşvili arasında ikitərəfli görüş keçirilib.

İ.Darçiaşvili erməni həmkarı ilə birgə mətbuat konfransında Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiya prosesinin başladılmasını tarixi qərar adlandırıb.

O bildirib ki, ölkəsi bu qərarı alqışlayır və sülh prosesinin müsbət dinamikasının saxlanılacağına ümid edir:

“Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsini qətiyyətlə dəstəkləyir və sabitliyin qorunub saxlanılması üçün konstruktiv dialoqa töhfə verməyə hazırdır”.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 01:50 Fransa yarımfinalda