COP29

Ərdoğan dedi: “Zəngəzur dəhlizinin açılması yekun mərhələ olacaq”

13 İyul 07:30 Problem 472
Ərdoğan dedi: “Zəngəzur dəhlizinin açılması yekun mərhələ olacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini deyib.

Türkiyə lideri bu haqda NATO-nun 75 illiyi ilə əlaqədar Vaşinqtonda keçirilən sammitdən qayıdarkən jurnalistlərə açıqlama verib.

“Daha əvvəl biz Ermənistanın Baş naziri Nikol Paşinyana bu barədə hər şeyi dedik. İndi sülh üçün əlimizdən gələni etməliyik.

Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə dayanıqlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişinin yekun mərhələsidir.

Biz bu yolda müsbət qərarların gecikməməsini arzulayırıq. İndi bölgədən pozitiv siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, - deyə, o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti