COP29

Ailəsi ona təzyiq edir - Müqaviləni poz, geri qayıt

6 İyul 09:20 Problem 6 843
Ailəsi ona təzyiq edir - Müqaviləni poz, geri qayıt

"Sabah"ın rəqibi müharibə səbəbindən əcnəbi futbolçusuz qala bilər Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan “Makkabi” (Hayfa) əcnəbi futbolçusu ilə yollarını ayıra bilər.

Sportinfo.az "ONE" portalına istinadən xəbər verir ki, Hayfa klubu Daniel Sundqrenlə müqaviləyə xitam verilməsi ilə bağlı razılıq əldə edib. İsveçlinin komandadan ayrılmaq istəməsinin səbəbi isə İsraildə davam edən müharibədir.

Futbolçuya “Makkabi”ni tərk etməsi üçün ailəsi böyük təzyiq göstərir. Onlar Sundqreni ölkədən getməyə çağırır.

"Makkabi"nin isveçliləri öz sıralarında saxlamaq istəyinə baxmayaraq, bu məsələdə vəziyyət pisləşərsə, istəklərinə nail olmaq çətin alınacaq.

“Sabah” və “Makkabi” matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 18:10 Çək və bizə göndər!