"Nürnberq" ilə müqavilə imzalayan Mahir Emrəli bu həftə yeni klubunda yüngül məşqlərə başlayacaq.
Sportinfo.az xəbər verir ki, hələlik Mahir yüngül qaçışlarla kifayətlənəcək.
Hər şey plana uyğun gedərsə, 27 yaşlı azərbaycanlının iki həftədən sonra kollektivə qoşulacağı gözlənilir.
“Nürnberq” ikinci Bundesliqanın ilk iki turunda “Karlsrue”yə uduzub (2:3), evdə isə “Şalke”ni (3:1) məğlub edib.
Almaniya klubu onunla bir illik müqavilə imzalayıb.