COP29

Erməni gəlməyəcək: “O, Azərbaycanda özünü rahat hiss etməzdi”

14 Avqust 04:10 Problem 473
Erməni gəlməyəcək: “O, Azərbaycanda özünü rahat hiss etməzdi”

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə”nin qonağı olacaq “Osiyek” daha bir futbolçusunu Bakıya gətirməyəcək.

Sportinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bunu baş məşqçi Federiko Koppitelli açıqlayıb.

O bildirib ki, ermənistanlı mərkəz müdafiəçisi Styopa Mkrtçyan Osiyekdə qalacaq:

“Styopa Azərbaycanda özünü rahat hiss etməzdi. Ona görə də futbolçumuzu belə vəziyyətə salmaq istəmədik.

Styopa olmadan da Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq”.

“Zirə” – “Osiyek” oyunu avqustun 15-də “Liv Bona Dea Arena”da keçiriləcək. Xorvatiyadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…