AFFA prezidenti proqnoz verdi – Premyer Liqa ilə bağlı

13 Aprel 03:40 Problem 467
AFFA prezidenti proqnoz verdi – Premyer Liqa ilə bağlı

AFFA-nın prezidenti Rövşən Nəcəf legioner limitinin ləğvinin yerli oyunçuların keyfiyyətlərinin yüksəlməsinə səbəb olacağını düşünür.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan yığmasının böyük turnirlərin final mərhələsinə qatılmasını istədiklərini söyləyib:

"Bizim üçün Avropa çempionatının seçmə mərhələsində 3, 4 və ya 5-ci yer tutmaq uğur deyil.

Komandamızın final mərhələsində çıxış etməsini istəyirik. Son matçda yığmanın yaş ortalaması da aşağı idi".

R.Nəcəf millinin baş məşqçisi Fernandu Santuş barədə fikirlərini bölüşüb:

"Cənab Santuşla bağlı onu deyə bilərik ki, qısa müddətdə daha ürəkaçan nəticələr olmasını istəyirik. Məşqçini yalnız nəticəyə görə qiymətləndiririk.

Oyuna yanaşmasını da görməyinizi istəyirik. Medianın təkliflərlə çıxış etməsini istəyirik. Bu şəraiti yaratmaq niyyətindəyik".

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!
14 Aprel 17:20 Oralarda bir Emil var...
14 Aprel 11:00 Burada sənə YER VAR!