Ombudsman problemlə üzləşən əcnəbi futbolçunun məsələsini nəzarətə götürdü

17:00 Problem 336
Ombudsman problemlə üzləşən əcnəbi futbolçunun məsələsini nəzarətə götürdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyi (Ombudsman) «Difai"nin kamerunlu hücumçusu Kristian Kamtanın problemini nəzarətə götürüb.

Bilindiyi kimi, «fədailər»in formasını geyinən afrikalı legioner UEFA və FİFA-ya şikayət məktubu göndərib.

O, çıxış etdiyi I Liqada irqçiliyə məruz qaldığını bildirib. Əcnəbi oyunçu ona münasibətdə hakimlərin ayrı-seçkiliyə yol verməsindən şikayətlənib.

Məktubda vurğulayıb ki, çempionata təyinat alan «fit sahibləri» futbolçular arasında fərq qoyur, rəng seçir.

Kristian bu kimi hallardan dərin sarsıntı keçirdiyini, bəzən Azərbaycandan birdəfəlik getmək niyyətinə düşdüyünü, yalnız «Difai»yə görə burada qaldığını vurğulayıb:

Establishment date

Ombudsman kamerunlu forvardın bununla bağlı mediada səsləndirdiyi fikirlərə diqqətlə yanaşıb.

Artıq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Ombudsman şöbəsində araşdırılmaya başlanılıb. Legioner klubun nümayəndəsi ilə birgə Ombudsmana dəvət olunub.

Kamta saytımıza açıqlamasında bildirib ki, o, «Qaradağ Lökbatan»la 23-cxü tur matçında rəqib komanda üzvləri, hakimlər və hakim-inspektor tərəfindən irqçilik zəminində ayrı-seçkiliyə məruz qalması barədə sözügedən quruma geniş məlumat verib:

Azərbaycan klubunun legioneri UEFA və FİFA-ya ŞOK ŞİKAYƏT etdi! - VİDEO+FOTOLAR

«Mən üzləşdiyim problemə həssas yanaşdığı üçün şəxsən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm.

Qaldırdığım məsələyə göstərilən münasibət Azərbaycanın qanuni və demokratik dövlət olduğunu bir daha sübut etdi. Ombusman aparatının əməkdaşlarıyla söhbətimizdən çox razı qaldım.

Onlar məndən izahat aldım. Əminəm ki, bu problem qısa müddət ərzində öz müsbət həllini tapacaq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti