Premyer Liqaya yolu açılan klubları QORXUDAN XƏBƏR!

11:40 Problem 749
Premyer Liqaya yolu açılan klubları QORXUDAN XƏBƏR!

İmişli və Yevlax şəhər stadionlarına baxış keçirilib.

Uzun illərdir Azərbaycanda çalışan Fil Şarples hər iki rayona səfər edib, meydançaların durumunı incələyib.

Ot örtüyünə qulluq edən ingiltərəli mütəxəssisin verdiyi rəy heç də yaxşı olmayıb. Britaniyalı qazonların Premyer Liqa standartlarına cavab vermədiyini, tamamilə dəyişdirilməsinin gərəkdiyini bildirib.

Vaxtilə «Qəbələ»də işləmiş, «Tofiq Bəhramov» kimi bir sıra arenaların meydançalarını düzəltmiş Şarples torpağın qazıb çıxarılmasını məsləhət görüb. O, hər iki obyektdə minimum 3-4 ay iş getməli olduğunu qeyd edib.

Növbəti mövsümdən Premyer Liqa klub sayı 12-yə çatdırılacaq. «Qəbələ» artıq bu hüququ əldə eləyib.

Digər iki vəsiqəyə ən real namizədlər «İmişli» və «Karvan»dır. Hazırda bu komandalar I Liqada turnir cədvəlinin ikinci-üçüncü pillələrini öz aralarında bölüşdürür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti