Azərbaycanda futbolun inkişaf strategiyası üçün pul yoxdur? - VİDEO

23 Aprel 23:20 Problem 88
Azərbaycanda futbolun inkişaf strategiyası üçün pul yoxdur? - VİDEO

“İnkişaf strategiyası hazırdır, amma onun icrası üçün pul yoxdur”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində AFFA prezidenti Rövşən Nəcəfin bu sahəylə bağlı səsləndirdiyi son fikirlərə münasibət bildirib.

Qeyd edib ki, federasiya başçısının büdcə ilə əlaqəli ehtiyatlı mövqeyi onda təlaş yaradıb.

Tanınmış teleşərhçinin fikrincə, AFFA qarşıdakı illərdə hansı işləri görəcəyini müəyyənləşdirib, lakin maliyyə qaynaqları tapa bilmədiyi üçün onu reallaşdırmaqda problemlə üzləşib.

Abbasovun dediyinə görə, maddi çətinliyin nə vaxt aradan qalxacağına dair dəqiq proqnoz vermək hələlik mümkün deyil.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...
23 Aprel 01:10 AFFA cəzanı yumşaltdı