
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə danışıb.
“İki ölkə arasında eskalasiya və müharibəni unudun”, - deyə, Paşinyan çıxışı zamanı çağırış edib.
O vurğulayıb ki, Ermənistan hökuməti bu məntiqə zidd nə bəyanatlar verəcək, nə də addımlar atacaq.