“Futbolçunun kartını alsan, gecə ilə səni öldürər”

18 Aprel 01:00 Problem 389
“Futbolçunun kartını alsan, gecə ilə səni öldürər”

Azərbaycan yığması, “Kəpəz”, “Səbail” kimi klublarda işləmiş təcrübəli məşqçi Şahin Diniyev yutubda yayımlanan “11 adam” podkastının qonağı olub.

Sportinfo.az xəbər verir ki, o, deyib:.

Ş.Diniyev “Kəpəz”də işləməyin çətinliyindən, orada “razborka”ya çağırılmasından və haqqında gəzən söz-söhbətlərdən danışıb:

“Kəpəz”də işləmək çox çətindir. Orada işləyərkən məni ağacın altında “razborka”ya çağırmışdılar.

Bir dəfə də Gəncədən qayıdarkən qatara bilet aldım və gördüm ki, olduğum yerdə 4 nəfər məndən qabaq oturub.

Dedilər ki, Bakıya gedirsənsə, get bir də qayıtma. Onlara bildirdim ki, sabah yenə burada olacağam. Çıxın burdan.

Bir də deyirdilər ki, Ş.Diniyev futbolçuların maaş kartlarını alır. Futbolçunun kartını alsan, gecə ilə səni öldürər”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"