Güclü yağış stadionu yararsız hala saldı, oyunun yeri dəyişdirildi - VİDEO+FOTOLAR

11:20 Problem 637
Güclü yağış stadionu yararsız hala saldı, oyunun yeri dəyişdirildi - VİDEO+FOTOLAR

Hazırda ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur.

Gecə saatlarından başlayan güclü yağış, şimşək davam edir.

Yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Şəmkir Olimpiya Kompleksinin stadionu bərbad vəziyyətə düşüb. Yaxınlarda yenilənən təbii meydança palçığa dönüb.

İndi burada adicə addım atmaq belə, mümkün deyil. Odur ki, bu gün II Liqanın 21-ci turu çərçivəsində keçirilməli olan «Şəmkir» - «Kür-Araz» matçının yeri dəyişdirilib.

Görüş Tovuzda baş tutmalıdır. Qarşılaşma saat 18:00-da start götürülməlidir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti