Problemləri dilə gətirməkdən çəkinməyən yeni baş katib haqda VİDEO

16 Aprel 14:40 Problem 406
Problemləri dilə gətirməkdən çəkinməyən yeni baş katib haqda VİDEO

AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında Azərbaycan futbolunun hazırkı durumu barədə söylədikləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Bir müddət əvvəl federasiyada fəaliyətə başlayan yeni funksionerin hazırda vəziyyətin ürəkaçan olmadığını deməsi ona simpatiya yaradıb.

ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində də bu barədə söhbət açılıb. Ekspert Emin Abbasov baş katibin dilinə gətirdiyi etirafın həqiqəti əks etdirdiyini bildirib,

Tanınmış teleşərhçinin sözlərinə görə, AFFA-nın yeni rəhbərliyi problemlərin həllinə dərindən yanaşır.

C.Fərəcullayev həmin açıqlamasında deyib ki, Azərbaycan futbolunun indiki durumu ürəkaçan deyil. İnkişaf üçün yeni struktur yaradılması vacibdir:

“Təəssüf ki, sıfırdan başlamalıyıq. Hamı uşaq futbolunun pis olmasından danışır.

Bu, bizim yaralı yerimizdir. Amma uşaq futbolunun inkişafı üçün infrastruktur lazımdır.

Biz işə kosmetik təmirlə başlaya bilmərik. Bu işlərə bünövrə qurmaqla start verməliyik".

O bildirib ki, vəzifəsinin məsuliyyətini dərk edir:

"Futbolumuzun inkişafı üçün əlimdən gələni edəcəm. Millimizin nəticələri hamımızı üzür.

Bu durumdan düzgün nəticə çıxarıb, uğursuzluqdan çıxmaq yolunu tapmalıyıq. Layiq olduğumuz yerlərə çıxaracağıq.

İnkişaf strategiyasında yazılan bəzi maddələr bəzi tənqidçilər tərəfindən real görünməsə də, onları reallaşdıraraq həyata keçirəcəyimizə inanırıq. Düzgün plan işin yarısıdır".

O bildirib ki, İnkişaf Strategiyanın həyata keçirilməsi gündəlik rutin işlərinə çevrilib:

"Ciddi dəyişikliklər gözlənilir. AFFA strukturunda yeni qrup fəaliyyət göstərəcək.

Onlar strategiyamın reallaşması yolunda işləyəcək. Layihə qrupu birbaşa baş katibə tabe olacaq".

O, futbolumuzda olan əsas problemlərdən də danışıb:

"Hazırda əsas problem futbolçu yetişdirmək üçün məşqçi və təlimçilərin olmamasıdır. 10 milyonluq Azərbaycanda 7 təlimçi struktur var. Avropada isə bu, dəfələrlə çoxdur.

11 milyonuq Belçikada 147 təlimçi var. Gənc istedadların futboldan uzaqlaşmaları ən böyük problemlərdəndir.

Bununla bağlı tədbirlər görüləcək. Məqsədimiz gənc futbolçuları peşəkar səviyyəyə çatdırmağa kömək etməkdir

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!