Rayonda stadionu şumlayıb, yerində kartof əkirlər - VİDEO

16 Aprel 12:40 Problem 2 265
Rayonda stadionu şumlayıb, yerində kartof əkirlər - VİDEO

İşğaldan azad edilmiş Cəbrayıl şəhərindəki stadionun ərazisinin şumlanması yerli idman ictimaiyyətinin etirazı ilə qarşılanıb.

Sportinfo.az xəbər verir ki, stadionun hazırkı vəziyyətini əks etdirən videogörütü şəhər sakinləri tərəfindən sosial şəbəkədə ictimialəşdirilib və aidiyyatı qurumlardan kömək istənilib.

Qeyd edilib ki, işğaldan əvvəl 2500 azarkeş tutumu olan stadion indi əkin üçün kimlərəsə icarəyə verilib. Hətta artıq orada kartof və digər bitkilərin əkildiyi də bildirilib.

Sakinlər deyirlər ki, şəhərin “Dəyirman dərəsi” məhəlləsində yerləşən stadion ərazisinin gələcəkdə “Cəbrayıl” futbol klubunun inkişafı üçün bərpasını arzu edirlər.

Bunun üçün AFFA-ya da çağırış edilib.

“Cəbrayıl” hazırda I Liqada çıxış edir. Bakıda məskunlaşan komandanın yaxın gələcəkdə doğma rayona qayıdışı istisna olunmur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!