"Biz "PlayStation" oynamırıq, hakimlər də insandır, robot deyil"

14 Aprel 02:40 Problem 304
"Biz "PlayStation" oynamırıq, hakimlər də insandır, robot deyil"

"Son bir ildə Azərbaycan hakimliyi inkişaf etsə də, bəzi matçlarda müəyyən səhvlər qeydə alınıb".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Frank de Bleker qurumun deyib.

O, hakimlikdə müəyyən problemlərin olduğunu etiraf edib:

"Hakimliklə bağlı müəyyən çatışmazlıqlar var. Fikrimcə, belə halların yaşanması normaldır.

Biz "PlayStation" oynamırıq, hakimlər də insandır, robot deyil. İnsan faktoru olan yerdə səhvlər qaçılmazdır.

Çox açıq və şəffaf fəaliyyət göstəririk. Premyer Liqanın 28-ci tura qədər ümumilikdə 140 oyunda 39 VAR müdaxiləsi olub.

Bu, çox yaxşı göstəricidir. Əlbəttə ki, daha yaxşısını edə bilərik.

Artıq iki hakimimiz FIFA-nın I kateqoriyasındadır. Bu mövsüm 21 beynəlxalq təyinat və 3 VAR təyinatı almışıq".

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...