
AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qurumun bu gün keçirilən Hesabat Konfransına qatılmamasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, jurnalistin “Qurban Qurbanov AFFA-nnın bəzi iclaslarında iştirak etmir. Təmsil olunduğu İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır. Arada soyuqluq var?” sualına cavab olaraq deyib:
“Hansısa problem yoxdur. O, İcraiyyə Komitəsinin iclaslarında iştirak edir.
Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz.
Özündən də soruşa bilərsiz. İclaslarda iştirak etməməyə gəlincə, hərənin öz planları var.
Üzrlü səbəblərlə bağlı əvvəlcədən məlumat verilir”.