“Bu, həyatımızda etdiyimiz ən böyük səhv idi” - FOTOLAR

11 Aprel 02:40 Problem 363
“Bu, həyatımızda etdiyimiz ən böyük səhv idi” - FOTOLAR

İspaniya millisinin və “Qalatasaray”ın hücumçusu Alvaro Moratanın həyat yoldaşı Alis Kampello ilk dəfə ayrılıqlarından danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə İtaliya televiziyasında yayımlanan “Verissimo” proqramında açıqlama verib.

“Bu, həyatımızda etdiyimiz ən böyük səhv idi. Bunu hər gün təkrar edirik, belə bir qərarı necə verdiyimizi bilmirəm. Bu təcrübə ikimizə də çox şey öyrətdi, çünki bir-birimiz olmadan yaşamağın nə olduğunu başa düşdük”, - o bildirib.

Qeyd edək ki, Morata və Alis ötən il İspaniyanın qalib gəldiyi AVRO-2024-dən sonra ayrılmaq qərarına gəlmişdi.

İddialara görə, Kampello qələbədən sonra meydanda yalnız özünün, uşaqlarının və dostlarının olmasını israr edib,

Moratanın valideynlərinin və digər qohumlarının futbolçunun qalibiyyət sevincinə qatılmasına mane olub. Daha sonra cütlüyün münasibətləri pisləşib.

Lakin onlar bu ilin yanvarında evliliklərinə ikinci şans verdiklərini açıqlayıblar.

Morata və xanımı 2016-cı ildə tanış olub, 2017-ci ildə Venesiyada evləniblər. Onların dörd övladı var.





Digər Xəbərlər
Xəbər Lenti