
Premyer Liqanın 30-cu turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Dörd komandadan beş futbolçu oyunları kənardan izləyəcək.
İki nəfər “Səbail”ə kömək edə bilməyəcək. Bunlar Mert Çeliklə Süleyman Alluşdur. “Sabah”dan İvan Lepinitsa, “Sumqayıt”dan Ayxan Süleymanlı, “Turan Tovuz”dan Veysəl Rzayev də “qara siyahı”ya düşüb.
Adları çəkilənlər qırmızı və sarı vərəqələrin bədəlini ödəmək məcburiyyətindədir.
Aprelin 11-də “Səbail” – “Qarabağ”, ertəsi “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Şamaxı”, aprelin 13-də “Kəpəz” – “Araz-Naxçıvan”, “Neftçi” – “Zirə” oyunları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ