Azərbaycan millisinin sabiq baş məşqçisi borc içində “üzür”

9 Aprel 11:00 Problem 553
Azərbaycan millisinin sabiq baş məşqçisi borc içində “üzür”

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, hazırda Monteneqro yığmasını çalışdıran xorvatiyalı mütəxəssisin sahibi olduğu “Steviq Life” şokolad fabriki 360 min avro borca görə iflas həddinə çatıb.

Şirkətin borclu olduğu şəxslər məhkəməyə müraciət edib. Məhkəmə onların tələblərini araşdırmaq üçün iclas təyin edib. Zaqreb Ticarət Məhkəməsi “Steviq Life” haqqında ilk iclasın vaxtını iyulun 1-nə təyin edib.

“Steviq Life” 2018-ci ildə Prosinecki tərəfindən 2654 avroluq sərmayə ilə təsis olunub. Şirkəti ən zəngin xorvatiyalılardan olan Branko Roqliç almağa hazırlaşır.

Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti