
Azərbaycanın futbol üzrə milli komandasının uğursuz nəticələri fonunda yeganə çıxış yolu əlimizi bu gündən üzüb, gələcəyə boylanmaqdır.
Uşaq futboluna ayrılacaq diqqət və həyata keçiriləcək inkişaf strategiyasının 10 il sonra işə yarayacağına ümid etməklə gözləməliyik.
Maraqlıdır, bu gün aşağı yaş qruplarından ibarət liqalardakı vəziyyət gələcəyə ümidlə baxmağa imkan verir?
Hazırda yetişməkdə olan futbolçular yaxın keçmişdə Azərbaycan yığmasını bataqlıqdan xilas edə bilər? Üzümüzün gülməsi üçün təxminən neçə il gözləməliyik?
Suallara aydınlıq gətirmək üçün 2019-cu ildən “Sabah”ın akademiyasına cavabdehlik daşıyan, “tələbələr”in U-19 və əvəzedici komandalarını çalışdıran Adino Mustedanaqiçə müraciət etdik.
Sportinfo.az-a açıqlama verən xorvatiyalı mütəxəssis milli ilə bağlı mövzuya toxunmaq istəməsə də, Eynşteyndən misal çəkməklə futbolumuzun hazırkı durumunun portretini cızmış oldu:
“Mən ancaq “Sabah” haqda danışa bilərəm. Milli komanda barədə heç nə deyə bilmərəm.
Bu suala Albert Eynşteynin bir sitatı ilə cavab verə bilərəm: “Dəlilik, eyni şeyi təkrar-təkrar edib, fərqli nəticələr gözləməkdir”.
HƏBİB