Deputat “baltaladı”: “Hərdən adama elə gəlir ki, “Qarabağ” başqa planetdən gəlib”

1 Aprel 20:40 Problem 354
Deputat “baltaladı”: “Hərdən adama elə gəlir ki, “Qarabağ” başqa planetdən gəlib”

Azərbaycanın martdakı yoldaşlıq görüşlərində məğlub olması ölkədə ciddi narazılıqla qarşılandı.

Haitiyə 0:3, Belarusa 0:2 hesabı ilə uduzan Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv qalib gələ bilməmək bir yana, heç qol da vura bilmədi.

Avropa çempionunun baş məşqçisi olduğu yığma komandanın mövcud durumu ciddi müzakirələrə yol açıb.

Belə məqamda futbolla yaxından maraqlanan, Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa da susmağı yox, danışmağı üstün tutub.

Fazil bəy sosial şəbəkə hesabında etdiyi paylaşımla AFFA rəhbərliyinə səslənib:

“Futbol üzrə Azərbaycan yığma komandası öz meydanında Belarusa 0:2 hesabı ilə məğlub oldu. Gərçəkdən bir yığma komanda!

Haradan yığılıb, necə yığılib, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur. Əslində Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var.

Sadəcə, imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər.

Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Primyer-Liqdə oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb.

Yəni bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır. Yeri gəlmişkən, Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz, heç olmazsa üç ayda bir qələbə qazanardı”.

Ölkə futbolunda baş verən prosesləri yaxından izləyən Fazil Mustafa daim tənqidi fikirləri ilə diqqət çəkir. Təəssüf ki, AFFA-nın başında oturanlar deputat(lar)ın mövqeyini də vecə almır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Aprel 11:00 Harada qaldın sən..?