Premyer Liqa yolunda olan bölgə klubunda ciddi PROBLEM

1 Aprel 22:20 Problem 1 244
Premyer Liqa yolunda olan bölgə klubunda ciddi PROBLEM

"İmişli" ev oyunları üçün Şamaxıya pənah aparıb.

Bölgə klubu birinci Liqanın 19-cu turunda "Cəbrayıl"ı adıçəkilən şəhərdə qonaq edib.

Premyer Liqaya vəsiqə uğurunda amansız mübarizənin getdiyi bir vaxtda belə bir addımın atılması təbii ki, arzuolunan deyil.

Yerli publikanı üzən qərarı verməkdən başqa çarə qalmayıb.

İmişli Şəhər Stadionunun xidmətindən "İmişli" ilə bərabər "Kür Araz" da istifadə edir.

Rəsmi görüşlər və məşqlərin bura salınması ot örtüyünü yararsız hala düşməsinə səbəb olub.

Klub rəhbərliyi bərbad meydanda rəqibləri qəbul etməyin mümkünsüz olduğunu görüncə, məcburən başqa ünvana üz tutmaq qərara alınıb.

Problemin qısa müddətəd aradan qaldırılması üçün ot örtüyü xüsusi nəzarətə götürülüb.

Bərpa olunması mümkün olmasa, örtüyün dəyişdirilməsi belə nəzərdən keçiriləcək.

Bu müddətdə isə Aran təmsilçisi rəqiblərini Şamaxıda qəbul edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Aprel 11:00 Harada qaldın sən..?