
Premyer Liqanın növbəti mövsümünün yeni iştirakçıları arasında «Karvan»ın yer alması şansı kifayət qədər azalıb.
Hər halda Peşəkar Futbol Liqasından (PFL) əldə etdiyimiz yeni məlumat belə düşünməyə əsas verir.
PFL-dən redaksiyamıza daxil olan informasiyaya görə, Yevlax klubu bir neçə aspektdən elitada yarışmağa hələ hazır deyil.
Qurumun əməkdaşları ötənlərdə rayona səfər edib, stadion və bazayla tanış olub. Təəssüratlar nikbinlikdən çox uzaqdır -
PFL mənsubları gördükləri çatışmazlıqlardan ibarət raport hazırlayıb. Onlar həmçinin yerli klub rəsmilərinin diqqətinə çatdırılıb.
Çempionatın təşkilatçısı sayılan qurum aşkarlayıb ki, «Karvan»ın infrasturktur cəhətdən əyər-əskiyi kifayət qədər çoxdur və qarşıdakı 3-4 ay ərzində onları tamamilə aradan qaldırmaq qeyri-mümkündür.
PFL bu barədə rayon təmsilçisini məlumatlandırıb.
Yəni ki, I Liqada ikinci yerdə getmələrinə arxayın olmasınlar, «lisenziyalaşdırma imtahanı»ndan keçmək şansları yetərincə azdır.
«Karvan»a elan olunub ki, 2026-cı ilin yayına qədər hazırlıq görsələr yaxşıdır.
SPORTİNFO.AZ