
Millinin baş məşqçisi Fernandu Santuş sərt qərar verib.
O, Azərbaycanda çalışdığı müddətdə Elvin Cəfərquliyevi düşərgəyə çağırmayacaq.
Portuqaliyalı mütəxəssis bu barədə AFFA mənsubları ilə söhbətində bildirib.
70 yaşlı sükançı Haiti ilə yoxlama görüşündə (0:3) qırmızı vərəqə alan müdafiəçinin intizamsız hərəkətlərindən təngə gəldiyini söyləyib.
Santuş millidə işlədiyi ötən 10 ay ərzində onun artıq ikinci dəfə komandanı çətin vəziyyətə saldığını xatırladıb, qeyd edib ki, daha Elvinə güzəştə getmək fikrindən uzaqdır.
Baş məşqçi DÇ-2026-nın seçmə mərhələ oyunlarına Cəfərquliyevsiz başlayacağını vurğulayıb, bu kimi halların kollektiv daxilində ab-havanı pozduğunu diqqətə çatdırıb.
Sabiq «Beşiktaş»lını hiddətləndirən digər olay hakimlə mübahisə etdiyi üçün 85-ci dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan qovulan Elvinin meydanı tərk edərkən ona sifətini turşutmasıdır.
Santuşla əl sıxışan «Qarabağ»lı cinah oyunçusu dodaqaltı deyinib, bu zaman yaranan gərginlik diqqət çəkib.
SRORTİNFO.AZ
Həmin anların görüntüsünü təqdim edirik: