Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı, oksigen maskasından istifadə etdilər - VİDEO

27 Mart 00:00 Problem 486
Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı, oksigen maskasından istifadə etdilər - VİDEO

Uruqvay və Boliviya millilərinin qarşılamasında maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, Boliviyada səfərdə olan Uruqvay millisinin oyunçuları matçın gedişində oksigen maskalarından istifadə etməli olublar.

Buna səbəb isə qarşılaşmanın keçirildiyi stadion olub. Belə ki, matç dünyanın ən hündür stadionu, dəniz səviyyəsindən 4150 metr hündürdə yerləşən “El Alto”da keçirilib.

Matç qolsuz bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Mart 03:50 "Neftçi" kimə uduzdu?