
"Elvin Cəfərquliyev Avropya getsə, suyu süzülə-süzülə qayıdacaq".
Bu fikirlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Hati ilə yoldaşlıq görüşünün (0:3) 84-cü dəqiqəsində qırmızı vərəqə alan Elvin Cəfərquliyevi sərt tənqid edib.
O, türkiyəli baş hakim Kadir Sağlam tərəfindən meydandan uzaqlaşdırılan müdafiəçinin nizam-intizamla bağlı problemlərinin olduğunu bildirib.
Deyib ki, Elvin həm "Qarabağ"da, həm də yığmada davamlı olaraq yersiz hərəkətlərə yol verir, nəticədə komanda yoldaşları çətin vəziyyətdə qalır.
Rzayev Cəfərquliyevə məsləhət görüb ki, karyerasını Avropada davam etdirmək haqda düşünməsin. Çünki bu xarakterlə uzağa gelə bilməz.
Aparıcı qeyd eləyib ki, indiyədək qitənin bir sıra tanınmış klubları cinah oyunçusunu sıralarına qatmaq istəyib, sadəcə, intizamsız olduğunu öyrənəndən sonra onun transferindən vaz keçiblər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN