.jpg)
Azərbaycan millisinin bədbəxtçiliyində, miskinliyində ölkə futboluna rəhbərlik edənlər, futbolçuların özləri qədər də olmasa, azərbaycanlı jurnalistlərin də rolu var – əksəriyyətinin.
Bunlar uzun illər Berti Foqrsu təriflədilər, müdafiə etdilər. Ta ki, Xorvatiyada biabırçı hesabla uduzub qaçana kimi.
Bunlar Araz Abdullayevi perspektivli, ulduz futbolçu kimi sizə – azarkeşlərə, oxuculara sırıyırdılar. Bunlar Mahir Emrelini super futbolçu kimi sizə sırımağa çalışdılar.
Bunlar 1-ci liqa komandası “Qəbələ”dən hansısa oyunçunun milliyə dəvət almasının, ümumiyyətlə, gənc futbolçulara şans verilməsinin xilas yolu, gözəl addım olduğunu hər kəsə sırımağa çalışırlar.
Oysa, Azərbaycanda futbolçu yetişmir. Uzun zamandır, uzun illərdir. Heç bir nəticə, uğur yoxdur.
20 il ərzində təkcə Rövnəq Abdullayev, Elxan Məmmədov aldatmadı Azərbaycanın sadə, təvazökar, futbola könül verən insanlarını, mətbuat da – hə, əksəriyyəti aldatdı, yalan yazdılar. Bu gün də yazmağa, deməyə davam edirlər. İnanmayın! (komanda.az)
Rəşad Ergün