Ey milli futbolçuları, görün, ermənilər haqqın(m)ızda nə deyir! - FOTOLAR

25 Mart 16:30 Problem 1 762
Ey milli futbolçuları, görün, ermənilər haqqın(m)ızda nə deyir! - FOTOLAR

Futbol üzrə Ermənistan millisinin Millətlər Liqasının B Liqasına yüksəlmək arzusu ürəyində qaldı.

Gürcüstanla qarşılaşan ermənilər iki oyunun nəticəsinə görə biabır oldu – 0:3, 1:6.

Qeydə alınmış nəticələr MDB ölkələrində maraqla qarşılanıb. SSRİ-nin “şineli”ndən çıxmış iki ölkənin duelində birinin digərini bu şəkildə üstələməsi ciddi marağa səbəb olub.

Rusiyanın ünlü “Matç” TV telekanalının sosial şəbəkə hesablarında məlum oyunun nəticəsi və qısa şərh öz əksini tapıb ki, burada azərbaycanlı və erməni futbolsevərlər “söz savaşına” çıxıb.

Həmyerlilərimiz gürcülərə faciəvi yenilgini qabartmaqla erməni tərəfdarları qıcıqlandırmağa çalışıb. Qarşı tərəf susmayıb, tutarlı arqumentlə vəziyyətdən çıxmağa çalışıb.

Ermənistan Gürcüstana boyun əyən gün Azərbaycan seçməsi öz meydanında Haiti yığmasına böyük hesabla uduzub – 0:3. Məhz bu yenilgi ermənilərin əlində bayrağa çevrilib deyə, vurğunu əsasən bu oyuna vurublar:

“Haitini unutmusan deyəsən”.

“Danış görüm, Azərbaycan Haitiyə 0:3 hesabı ilə necə uduzdu?”

“Gürcüstanla oynamaq yaxşıdır, nəinki Qrenada və ya Zambiya ilə qarşılaşmaq. Ya da öz meydanında Haitiyə böyük hesabla uduzmaq”.

Haitiyə yenilgi ilə yanaşı, “Neftçi”nin 1981-ci ildə “Ararat”a 1:6 hesablı məğlubiyyəti də ön plana çıxarılıb.

Bəlkə bu fakt Azərbaycan millisinin şərəfini qoruyan futbolçuların yatmış ruhunu oyadar. Anlayarlar ki, uduzduqları oyun təkcə azərbaycanlıları qıcıqlandırmır. Eyni zamanda erməniləri həvəsləndirir, üzlərini güldürür.

Almaniya, Fransa, İngiltərə kimi rəqiblərə boyun əyməyə hardasa söz tapmaq olur. Ancaq öz evində Haitidən 3 top buraxmağa...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!