
“Benfika”nın yarımmüdafiəçisi Anxel Di Mariya mövsümün sonunda Meksikanın “Amerika” klubuna keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Lissabon komandasında çıxış edən argentinalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunların hamısının yalan olduğunu deyib:
“Hamısı yalandır. Mən bu cür şeyləri gündəmə gətirən jurnalistlərdən utanıram”.
37 yaşlı Di Mariyanın “Benfika” ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. O, bu mövsüm 32 matçda iştirak edib, 14 qol vurub və 8 məhsuldar ötürmə verib.