
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin razılaşdırıldığını və imzalanmasını gözlədiyini açıqlayıb.
O, bu barədə o, sosial şəbəkədə yazıb.
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanma mərhələsindədir. Mən bu sənədə imza atmağa hazıram”, – deyə Paşinyan vurğulayıb.
Ermənistanla Azərbaycan arasında razılaşdırılan sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir.