
«Məni müqaviləm ola-ola komandadan kənarlaşdırıblar».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Mingəçevir»dən uzaqlaşdırılan Elvin Əsgərov deyib.
Redaksiyamıza müraciət edən müdafiəçi klub rəhbərliyi və baş məşqçi Füzuli Məmmədov tərəfindən aldadıldığını bildirb:
«Bizə söz vermişdilər ki, maaşlarınız ödəniləcək. Dediklərini etmədilər.
Sizdən xahiş edirik ki, bizə köməklik göstərəsiz. Belə haqsızlıq olmaz!
Mənim komandadan göndərilməyim barədə qərarı Füzuli Məmmədov verdi. Anidən, heç özüm də gözləmirdim.
Əvvəlcədən heç bir xəbərdarlıq etmədən gəlib dedi ki, mənə lazım deyilsən. Cavab verdim ki, klubda pulum qalıb,
1 ayın maaşını verin, çıxıb gedim. O da qayıtdı ki, problem yoxdur, maaş borcun ödəniləcək.
Amma baş məşqçinin dediyi olmadı. İndi də telefonlarıma cavab vermir, “vatsap”da göndərdiriyim səsli mesajlara qulaq asmır”.