Dizi ağrıyır - Azərbaycan millisinə qarşı oyuna çağırılmayacaq

2 Mart 23:20 Problem 245
Dizi ağrıyır - Azərbaycan millisinə qarşı oyuna çağırılmayacaq

Belarus millisinin kapitanı Nikita Korzun zədələnib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi dizindəki problemlərdən əziyyət çəkir.

“Yelimay”ın 29 yaşlı oyunçusu bu səbəbdən Belarus çempionatının startını buraxmalı olacaq.

Korzun həmçinin Belarus millisinin martdakı təlim-məşq toplanışında da yer almayacaq. O, Tacikistan və Azərbaycan millisinə qarşı yoldaşlıq görüşlərinə çağırılmayacaq.

Azərbaycan və Belarus yığmaları arasında oyun martın 25-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti