“Hər şeyi silib atacam” - Mahir bir paylaşımla almanları qızışdırdı!

1 Mart 22:20 Problem 1 779
“Hər şeyi silib atacam” - Mahir bir paylaşımla almanları qızışdırdı!

Son bir ayda haqqında çox danışılan Mahir Enreli söz-söhbətlərə son qoyub.

Koreyanın “Seul” klubuna keçidi alınmayan Azərbaycan millisinin üzvü “instagram” hesabında paylaşdığı postla “Nürnberq” azarkeşlərinə səslənib:

“Son bir neçə gündə haqqımda çoxlu fərziyyələr oldu, ona görə də şəxsən sizə müraciət etmək və hər mümkün çaşqınlığı aradan qaldırmaq istərdim. Mən “Nürnberq” qalacağam və gələcək anları həm meydanda, həm də meydandan kənarda gözləyirəm.

Məqsədim komanda üçün mümkün olan ən yaxşı uğurdur. Əvvəldən vurğulamışdım ki, mümkün qədər uzun müddət nailiyyətlərim və məqsədlərimlə sizi sevindirmək üçün əlimdən gələni edəcəyəm. Nürnberq özümü xoşbəxt hiss etdiyim yerdir və daha çox çalışmağa davam etmək üçün yüksək motivasiyam var.

İndi bütün diqqət növbəti oyundadır - biz sizin dəstəyinizə arxalanırıq və “Hannover”ə qarşı 3 xal üçün birlikdə mübarizə aparırıq!”

Həmyerlimizin paylaşımı yerli fanatlar tərəfindən böyük maraqla qarşılanıb.

Əksəriyyət yazdıqlarına görə ona dəstək nümayiş etdirib:

“Bu elanı çoxdan gözləyirdim”.

“Meydana çıx və sübut et ki, biz sənin haqqında səhv düşüncədə idik”.

“Sənə yaraşan elə bu idi. Yola davam!”

“Şənbə günü diqqətlər səndə olacaq. Və sən necə bacarıqlı futbolçu olduğunu göstərəcəksən”.

“Emreli, yola bizimlə davam etdiyin üçün şadıq. Meydanda can qoy, biz səni başımızın üstündə gəzdirək”.

“Nürnberq”ə və onun futbolçusuna yaraşan addımdır. Bravo, Emreli! Yenidən baxımlı qollarını gözləyirik”.

“Derbidə bizi qələbəylə sevindirsən, haqqında düşündüyüm hər şeyi silib atacağam. Yalnız irəli!

Cari mövsümdə “Nürnberq”in heyətində 4 qol vuran 27 yaşlı futbolçu sonuncu dəfə meydana yanvarın 31-də çıxıb.

O, komandasının son üç oyununda iştirak etməyib.

Almaniya təmsilçisi martın 1-də 24-cü tur çərçivəsində “Hannover”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu