Klub rəhbəri maaş qalmaqalına aydınlıq gətirdi - "Ona görə, vəziyyət bu həddə gəlib"

1 Mart 21:00 Problem 528
Klub rəhbəri maaş qalmaqalına aydınlıq gətirdi - "Ona görə, vəziyyət bu həddə gəlib"

"Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov Sportinfo.az-a açıqlama verib.

Rəhbər şəxs bir neçə gün əvvəl redaksiyamıza müraciət edən Elnar Kərimovun iddialarına aydınlıq gətirib.

Bölgə klubunun sabiq məşqçisi saytımıza açıqlamasında komandanın yeni rəhbərliyinin onu öncə işindən azad etdiyini və ardınca aldatdığını bildirmişdi.

Nurlan Əhmədov başverənlərə belə aydınlıq gətirib:

"Elnar müəllimə böyük hörmətimiz var. Mənim dövrümdə ilyarım bizdə işləyib.

Daha əvvəl də "Mingəçevir"də olub. Gözəl qapıçı məşqçisidir. Ona hər hansı iradım yoxdur.

Sadəcə, verdiyi açıqlamada sərt formada rəhbərliyi günahlandırıb. Qeyd etdiyi kimi, 700 manat əməkhaqqı verəcəyimiz müqavilədə yer alıb. Həmin dönəm çətinliklə komanda yaşayırdı.

Mən də daxil olmaqla, idarə heyəti və məşqçilər komandası ümumi razılıq əsasında hərədən 100-150 manat yığırdıq. Bu pulla futbolçuların ödənişlərini edirdik.

Bir də danışıq olmuşdu ki, qışda müqavilə üzrə göstərilən maaşları bərpa edək. Bu söhbət aramızda olub.

İndi də verilmir söhbəti yoxdur. Klubda sistem dəyişib. Qanun nə tələb edirsə elə də olacaq.

Sadəcə, zaman lazımdır. Məsələ açıq qalır. Həllini tapanda yəqin ki, hamının məlumatı olacaq.

Elnar müəllim biganə münasibət görməsini dilə gətirib. Mənim dövrümdə nəinki o, bütün kollektiv diqqət görüb.

Hətta ötən mövsüm qış fasiləsində "Şamaxı"ya keçidinə problem yaratmadıq. Müqaviləmiz ola-ola onu sərbəst buraxdıq. H

albuki etməyə bilərdik. "Şamaxı" çempion olandan sonra Elnar müəllimlə yollar ayrıldı. Kənarda qaldığını görüb kluba dəvət etdik.

Bunu həm özümüz üçün, həm də ona dəstək olaraq etdik. Bizim niyyətimiz, yanaşmamız belə olub.

Yeni məşqçi korpusunun onu göndərdiyini deyir. Burada ona kimsə nəsə deməyib.

Yeni məşqçi korpusu gələndən sonra Elnar müəllim nə məşqə gəldi, nə də təqdimata. Özü bizdən uzaqlaşıb.

Kənardan eşidirik ki, hardasa işləyir. Ona görə, vəziyyət bu həddə gəlib".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu