“Qarabağ”dan gedəndən bəri başı problemdən ayrılmır - Yeni dərdi var!

26 Fevral 22:40 Problem 4 262
“Qarabağ”dan gedəndən bəri başı problemdən ayrılmır - Yeni dərdi var!

"Qarabağ"ın sabiq hücumçusu Juninyo hələ də yaşıl meydanlardan kənardadır.

O, yeni komandası "Flamenqo"ya uyğunlaşmağa başlayar-başlamaz zədə alıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvard fevralın 12-si Karioka liqasında "Botafoqo" ilə matçda budundan zədələnib.

Bu səbəbdən komandasının sonrakı 2 matçını buraxmaq məcburiyyətində də qalıb.

Bir müddətdir futbolçu zədəsini sağaltmaqla məşğuldur.

Braziliya mətbuatının yazdığına görə, Juninyo bu həftənin şənbə günü "Vasko"ya qarşı keçiriləcək kubokun yarımfinal mərhələsinin ilk oyununu da buraxmalı olacaq. Onun nə zaman oyunlara çıxacağı hələ qətiləşməyib.

Hələlik isə müalicəsini davam etdirən Juninyo "Flamenqo"nun bazasında hələlik fərdi qaydada yüngül məşqlərlə kifayətlənir.

Bu qış "Flamenqo"ya keçən Juninyo həmin komandanın heyətində 6 oyunda meydana çıxıb, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti