“Qarabağ”a qayıtdı, 1 milyon manatdan çox pul almalıdır - FİFA mübahisəni çözdü

26 Fevral 19:20 Problem 1 679
“Qarabağ”a qayıtdı, 1 milyon manatdan çox pul almalıdır - FİFA mübahisəni çözdü

"Adana Demirspor" Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.

Sportinfo.az-ın "report"a istinadən yaydığı məlumata görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar çıxarıb.

Ali futbol qurumu hazırda "Qarabağ"da çıxış edən 30 yaşlı qolkiperin Superliqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.

Adana klubu ona ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir.

Ş.Məmmədəliyev müqaviləsinin pozulmasına görə isə təzminat olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.

Hazırda maliyyə problemi ilə üzləşən "Adana Demirspor"un bu məbləği ödəyib-ödəmədiyi hələlik bəlli deyil.

Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında "Qarabağ"dan "Adana Dəmirspor"a keçmişdi. O, Superliqa klubu ilə 2 illik müqavilə imzalamışdı.

Bu mövsüm "Adana Demirspor"un ümumən 12 xalı silinib. Buna klubun futbolçuları qarşısında öhdəliyi pozması səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti