
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Wanda Nara ilə boşanma prosesi davam edir.
Wanda boşanma müqabilində İkardidən bir neçə daşınmaz əmlak və övladlarının qəyyumluğunu tələb edib.
Daşınmaz əmlaklar arasında "Como" gölü sahilində dəbdəbəli malikanə, Milan şəhərində lüks və geniş mənzil var.
Bundan başqa Wanda İkardidən 500 000 avro təzminat və övladlarının qəyyumluğunu da tələb edib.
Cütlüyün məhkəmə prosesi martın 11-də başlayacaq.
Hazırda İkardi China Suarezlə, Wanda isə L-Gante ilə eşq yaşayır.