
“Bundan sonra yerli futbolçular indiyədək layiq olmadan aldıqları müqavilə haqqından məhrum olacaq”.
Bu fikirlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
AFFA İcraiyyə Komitəsinin Premyer Liqada legioner limitini ləğv etməsinə münasibət bildirən tanınmış telejurnalist bildirib ki, bu vaxta qədər “onsuz da, limitə görə məni oynadacaqlar” düşüncəsi ilə inkiaf etməyib yerində sayan, yerli oyuncu qıtlığından istifadə edib, transfer qiymətini 3-4 dəfə qaldıran öz futboçularımız indi əcnəbilərlə rəqabətdən qalib ayrılmaq üçün ciddi çalışmalı olacaq.
İ.Fikrətoğlu qeyd edib ki, növbəti mövsümdən etibarəm qüvvəyə minəcək qərarda heç bir kluba “yerli oyuncu oynatma” tələbi yeralmayıb:
“Zəhmət çək, oyunçu yetişdir, legionerə pul xərcələmə, öz futbolçunu oynat. Futbolçular da qəlyan çəkməyə sərf etdiyi vaxtı öz üzərində işləməyə sərf edib, əsas heyətdə özünə yer tapmağa çalışacaq.
Yəni, normal futbolçu kənarda qalmayacaq. Kənarda qalan isə demək, o səviyyədə deyil ki, özünə yer tapa bilməyib.
Son 15 ildə klubların əsas heyətdə hər oyun 4-5 yerli futbolçu oynatmasıyla bağlı məcburiyyəti vardı. Nə verdi bizə o limit?
Millimi inkişaf etdi, yoxsa Avropaya gedən futbolçularımızın sayımı atrdı?
Faydasını görmədiksə, indi də limiti ləğv edib, nəticəsinə baxaq.
Beləliklə, Rövşən Nəcəfin komandası ölkə futbolunda ilk radikal dəyişiklərə getdi. Nəticəsini gözləyək”.