Premyer Liqada bu qərar verilməsə, QİYAMƏT QOPACAQ! - VİDEO 

15:00 Problem 672
Premyer Liqada bu qərar verilməsə, QİYAMƏT QOPACAQ! - VİDEO 

“Bu gün dünyanın diqqəti Türkiyədə - İstanbul derbisində olacaq.

“Qalatasaray” – “Fənərbağça” matçını sloveniyalı hakimlər briqadası idarə edəcək.

Yəni, hakimliklə bağlı biz də heç qardaş ölkədən geridə qalmırıq.

Son matçlarda qeydə alınan hakim səhvləri, “Turan Tovuz”un onlarla bağlı son bəyanatı onu deməyə əsas verir ki, nələrdəsə şübhəli məqamlar var.

Hələ bu harasıdır?! Mövsümün sonlarına doğru düşmə xəttində, avrokuboklara mübarizə uğrunda çox vacib matçlar bizi gözləyir.

Premyer Liqada bu qərar verilməsə, QİYAMƏT QOPACAQ! - VİDEO 

Bu periodda isə bəzi klublar hakim təyinatlarından narazıdırlar. Belə olan halda nədən biz də əcnəbi hakimlər dəvət etməyək?

Bu meydan, bu şeytan! Ondan sonra görəsən, uğursuzluqlara hansı formada don geydiriləcək?!”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Azərbaycanda və eləcə də qardaş ölkə Türkiyədə hakimliklə bağlı narazılıqlara münasibət bildirib, maraqlı təkliflə çıxış edib.

Premyer Liqada gedən mübarizədə hakimliklə əlaqəli etirazların yüksəldiyini qeyd edən E.Cəfərov çıxış yolu kimi vacib qarşılaşmalara əcnəbi “fit sahibləri”nin təyinatının perspektivdə dəyərləndirilməsinin lazım olduğunu diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti