“Asta” futbolçu yetişdirir, yoxsa söyüş söyənlər?

21 Fevral 03:50 Problem 448
“Asta” futbolçu yetişdirir, yoxsa söyüş söyənlər?

AFFA İntizam Komitəsinin iclasında aşağı liqalarda yaşanan neqativ hallara da baxılıb.

Sportinfo.az xəbər verir ki, toplantıda qeydə alınan hər bir xoşagəlməz hala hüquqi qiymət verilib.

AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK - “Zirə” PFK oyununda “Zirə” PFK komandasının futbolçusu Fərid Şahverdiyevin qarşılaşmanın 90+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 4 oyunluq cəzalandırılıb.

AFFA U-15 Liqasında keçirilən “Metak” FK – “Səbail” PFK oyunu bitdikdən sonra Metak FK komandasının futbolçuları Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov və Əli Zamanov təcavüzkar davranışa görə qırmızı vərəqə aldıqları üçün 4 oyunluq cəzalandırılıblar.

Bundan əlavə, “Metak FK” komandasının cəzalı baş məşqçisi Mehman Səfərov hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib.

“Metak” FK – “Səbail” PFK oyunu bitdikdən sonra Səbail PFK komandasının futbolçuları Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev və Raul Nəsirli təcavüzkar davranışa görə qırmızı vərəqə aldıqları üçün 4 oyunluq cəzalandırılıblar.

AFFA U-14 Liqasında keçirilən “Mübariz” (Binə) – “Asta” FK oyununda “Asta” FK komandasının futbolçusu Elşad Niftəliyev qarşılaşmanın 77-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyunluq cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 17:50 Çək və bizə göndər!
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq