
AFFA aşağı yaş qrupları üzrə daha bir neçə liqalarda keçiriləcək oyunları təxirə salıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Beləliklə, AFFA-nın bayrağı altında təşkil edilən AFFA U-15, AFFA U-16, AFFA U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Daha öncə həmin səbəblə bağlı bütün zonalar üzrə 22 və 23 fevral tarixlərində keçirilməsi planlaşdırılan AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13 və AFFA U-14 Liqalarının oyunları da təxirə salınıb.