Premyer Liqanın aparıcı müdafiəçilərinin 3-ü birdən... Medina, Riberyo, Noqeyro

19 Fevral 23:00 Problem 877
Premyer Liqanın aparıcı müdafiəçilərinin 3-ü birdən... Medina, Riberyo, Noqeyro

Premyer Liqanın 24-cü turu bəzi futbolçular üçün tamaşa meydanına çevriləcək.

Рəftəsonu baş tutacaq qarşılaşmaları üç futbolçu kənardan izləyəcək.

Maraqlıdır ki, hər biri legionerdir, müdafiəçidir və öz komandaları üçün vacib fiqur hesab olunur.

23-cü turda qırmızı vərəqə alan Kevin Medina (Qarabağ) ilə İqor Riberyo (Araz-Naxçıvan), həmçinin, sarı vərəqə limitini dolduran “Sabah”lı İqor Noqeyro cəzalı duruma düşüblər.

Fevralın 21-də “Neftçi” – “Sumqayıt”, ertəsi “Araz-Naxçıvan” – “Səbail”, “Qarabağ” – “Sabah”, ayın 23-də “Şamaxı” – “Turan Tovuz”, “Zirə” – “Kəpəz” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”