İctimai nəqliyyatda YENİLİK olacaq - VİDEO

17 Fevral 07:30 Problem 455
İctimai nəqliyyatda YENİLİK olacaq - VİDEO

İctimai nəqliyyatda onlayn ödənişlərdə yaranan problemlər özü ilə bəzi məsələləri gündəmə gətirir.

Vətəndaşların sözlərinə görə, ictimai nəqliyyatda təmassız ödənişi dəstəkləyən NFC kartlar üçün də şərait yaradılmalıdır ki, belə problemlər olmasın.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda qurum tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin, o cümlədən NFC vasitəsilə ödənişlərin həyata keçirilməsi imkanının yaradılması da nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”